[b]“Andorraya qalib gəlməli idik” – millinin debütantı[/b]
27.05.2016 - 10:36
[b]“Andorraya qalib gəlməli idik” – millinin debütantı[/b]

“Oyuna tamamilə nəzarət etdik. Fasilə vermədən hücuma atıldıq. Rəqib isə əks-hücumlara bel bağlamışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Murad Səttarlı deyib.

 

AZAL-ın yarımmüdafiəçisi millimizin dünən Andorra ilə keçirdiyi yoxlama matçında (0:0) iştirak edib.

 

Yığmanın heyətində debüt matçını keçirən gənc futbolçu oyunla bağlı fikirlərini bölüşüb: “Çoxlu qol vəziyyətləri yaratdıq, ancaq fərqlənə bilmədik. Andorra ilə heç-heçə etmək bizə də xoş deyil. Qalib gəlməli idik. Bəxtimiz gətirmədi. Debüt oyunumda özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Robert Prosineçkinin 1 matça əsasən mənim bağlı fikir yürüdəcəyini düşünmürəm. Qarşıda daha 2 görüş var. Ümid edirəm ki, Makedoniya və Kanada ilə matçlarda da mənə şans verəcək”. 

0