[b]“Cırtdan”ın 1016 günlük həsrətinə son[/b]
27.05.2016 - 10:47
[b]“Cırtdan”ın 1016 günlük həsrətinə son[/b]

Azərbaycan millisinin Avstriyadakı təlim-məşq toplanışında yığmamızla qolsuz heç-heçə edən Andorranın uğursuz seriyası sona çatıb. Apasport.az saytının məlumatına görə, son 19 matçda məğlub olan “cırtdan” ölkə təmsilçisi uzun fasilədən sonra meydanı yenilgisiz tərk edib.

 

Rəqibiniz sonuncu dəfə 2013-cü il avqustun 14-də Kişinyovda Moldova ilə heç-heçə etmişdi – 1:1. Ondan sonra keçirdiyi bütün qarşılaşmalarda uduzan andorralılar 1016 gündən sonra sevinib.

 

Qeyd edək ki, Andorra yığması bunadək uduzduğu son 19 qarşılaşmada 4 qol vurub 56-sını buraxıb. Tarixində 3 qələbə və 12 heç-heçəsi olan “cırtdan”lar 4-cü dəfə yığmamızla bərabərliyə nail olub. Andorralıların son qələbəsi isə 12 il əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu, 6 ildi yığmanın baş məşqçisi olan Koldo Alvaresin rəhbərliyi altında 3-cü heç-heçədi ki, onların ikisi millimizlə matça təsadüf edib.

 

0