[b]100-cü məğlubiyyətsiz, 60-cı bərabərlik və rekordçulara şərik[/b]
27.05.2016 - 11:35
[b]100-cü məğlubiyyətsiz, 60-cı bərabərlik və rekordçulara şərik[/b]

Azərbaycan millisi tarixində 100-cü məğlubiyyətsiz oyunu keçirib. Apasport.az saytının məlumatına görə, 1992-ci ildə ilk rəsmi matçına çıxan komandamız indiyədək keçirdiyi 221 görüşdə 121 dəfə uduzubsa, 100-cü dəfə hesabına xal yazıb.

 

Təbii ki, söhbət FİFA reytinqi baxımından qazanılan xallardan gedir. Çünki yoxlama oyunlarındakı xallar yalnız bu siyahıda nəzərə alınır.

 

İndiyədək 40 qələbə qazanan yığmamız yubiley – 60-cı bərabərliyini də əldə edib. 100-cü məğlubiyyətsizlik və 60-cı heç-heçə Avstriyadakı təlim-məşq toplanışına təsadüf edib. Robert Prosineçkinin yetirmələri Andorra ilə qolsuz “sülh”ə imza atıb.

 

Bu, komandamızın “cırtdan” ölkə təmsilçisi ilə 4-cü heç-heçəsidi. Bununla da Andorra ən çox bərabərə qaldığımız ölkələr sırasına qoşulub. Komandamız bunadək 4 rəqiblər də eyni sayda “sülh” bağıayıb. Bunlar Qazaxıstan, Özbəkistan, Estoniya və Moldovadı. Amma bu 4 komandadan fərqli, andorralılarla bütün heç-heçələr eyni – 0:0 hesablı olub.

0