Sergey Zenyov millidən kənarlaşdırıldı
27.05.2016 - 12:23
Sergey Zenyov millidən kənarlaşdırıldı

“Qəbələ”nin futbolçusu Sergey Zenyov Estoniya millisinin heyətindən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, buna onun zədəsi səbəb olub.

 

Belə ki, estoniyalıların çalışdırıcısı Maqnus Persson hücumçunu qarşıdakı 4 yoxlama matçı üçün açıqladığı ilkin 30 oyunçudan ibarət geniş heyətdən çıxarmalı olub. Öncədən də zədəli olan Sergeyə dəvət göndərdiyi vaxt onun tam bərpa olunacağına ümid edən mütəxəssis qarşıdakı görüşlərdə onsuz keçinməli olacaq. 27 yaşlı hücumçunun komandası isə mayın 29-da Litva, iyunun 1-də Andorra, 4-də Latviya, 8-də Kriştianu Ronaldolu Portuqaliya ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Zenyov indiyədək yığmada 50 oyun keçirib və 9 qol vurub.

0