“Heç bir komanda bura ilə müqayisə oluna bilməz”
27.05.2016 - 14:50
“Heç bir komanda bura ilə müqayisə oluna bilməz”

“Mançester Yunayted” kimi böyük komandanın baş məşqçisi olmaq mənim üçün böyük şərəfdi. Bütün dünyanın heyran olduğu bir kluba gəlmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Yunayted”in yeni baş məşqçisi Joze Mourinyo deyib.

 

“Old Trafford” stadionunda “qırmızı şeytanlar”la 3 illik müqavilə imzalayan portuqaliyalı mütəxəssis təqdimetmə mərasimində həyəcanlı olduğunu bildirib: “Heç bir komanda romantik və mistik aura baxımından bura ilə müqayisə oluna bilməz. “Old Trafford”u həmişə özümə doğma bilmişəm. Bu stadionla bağlı gözəl xatirələrim var. İşə başlayacağım və azarkeşlərin böyük dəstəyini görəcəyim günü səbirsizliklə gözləyirəm”.

 

Qeyd edək ki, Mourinyo ingilis klubunda Lui van Qalı əvəzləyib.

0