[b]1 milyard 61 milyon avroluq final[/b]
27.05.2016 - 15:30
[b]1 milyard 61 milyon avroluq final[/b]

Sabah Çempionlar Liqasının final matçında üz-üzə gələcək “Real” və “Atletiko”nun futbolçularının transfer qiymətləri bəlli olub. Apasport.az-ın məlumatına görə, Almaniyanın məşhur “transfermarkt.de” saytı Madrid klublarının ümumi dəyərini açıqlayıb.

 

Araşdırmaya görə, iki klubun oyunçularının ümumi dəyəri 1 milyard 61 milyon avrodu. Bunun 697 milyon 800 min avrosu “Real”, 363 milyon 500 min avrosu isə “Atletiko”nun payına düşür.

 

“Kral klubu”nun ən bahalı oyunçusu olan portuqaliyalı Kriştianu Ronaldonun transfer qiyməti qarşı tərəfin ən ən dəyərlisi Antuan Qrizmanndan təxminən iki dəfə çoxdu.

 

Hər iki klubun oyunçularının transfer qiyməti aşağıdakı kimidi:

 

“Real”

Kriştianu Ronaldo – 110 milyon avro

Qaret Beyl – 80 milyon

Hames Rodriges – 70 milyon

Kərim Benzema – 60 milyon

Luka Modriç – 50 milyon

Toni Kroos – 50 milyon

Serxio Ramos – 40 milyon

İsko – 40 milyon

Marselo – 30 milyon

Rafael Varan – 30 milyon

Daniel Karvahal – 25 milyon

Mateo Kovaçiç – 20 milyon

Danilo – 18 milyon

Keylor Navas – 18 milyon

Kasemiro – 16 milyon

Xese – 14 milyon

Lukas Vaskes - 7,5 milyon

Kiko Kasilya – 6 milyon

Pepe – 6 milyon

Naço Fernandes – 5 milyon

Alvaro Arbeloa – 2 milyon

Ruben Yanez – 300 bin

Cəmi – 697 milyon 800 min

 

“Atletiko”

Antuan Qrizmann – 60 milyon

Koke – 50 milyon

Dieqo Qodin – 35 milyon

Yan Oblak – 25 milyon

Xose Ximenes – 25 milyon

Yannik Karrasko – 20 milyon

Saul Niges – 20 milyon

Xuanfran – 16 milyon

Filipe Luis – 15 milyon

Lusiano Vietto – 15 milyon

Oliver Torres – 14 milyon

Stefan Saviç – 12 milyon

Anxel Korrea – 9 milyon

Qabi – 8 milyon

Fernando Torres – 7 milyon

Auqusto Fernandes – 6 milyon

Matias Kranevitter – 6 milyon

Migel Anxel Moya – 5 milyon

Tomas – 5 milyon

Lukas Ernandes – 5 milyon

Xesus Qames - 3,5 milyon

Tiaqo – 2 milyon

Cəmi - 363 milyon 500 min

 

Qeyd edək ki, sabah Milan şəhərində keçiriləcək “Real” – “Atletiko” matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

0