[b]FİFA-dan şok qərar: Türkiyə yığmasının oyununda texniki məğlubiyyət[/b]
27.05.2016 - 16:03
[b]FİFA-dan şok qərar: Türkiyə yığmasının oyununda texniki məğlubiyyət[/b]

FİFA ötən il baş tutan Türkiyə - Yunanıstan oyunu ilə bağlı şok qərar qəbul edib. Apasport.az-ın ali futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, yunanlara texniki məğlubiyyət verilib.

 

Buna səbəb Yunanıstan millisinin qeyri-qanuni şəkildə futbolçu oynatması olub. Belə ki, “Başakşəhər Fatih Terim” stadionunda baş tutan və 0:0 hesabı ilə nəticələnən görüşdə qonaq komandanın heyətində meydana çıxmış Apostolos Ciannunun əvvəllər rəsmi bir turnirdə Avstraliyanın U-21 yığmasının formasını geyindiyi məlum olub.

 

Sonradan Yunanıstan Futbol Federasiyası onu əsas milliyə cəlb etsə də, futbolçunun yığmanı dəyişmək istəyi ilə bağlı FİFA-ya məlumat verməyib. Bu üzdən ali futbol qurumu Türkiyə - Yunanıstan matçının nəticəsini ləğv edərək, yunanlara 0:3 hesablı texniki məğlubiyyət verib. Yunanıstan Futbol Federasiyası eyni zamanda 4 min İsveçrə frankı cəriməyə məruz qalıb.

0