Respublika günü münasibətilə mini-futbol turniri keçirildi
27.05.2016 - 17:38
Respublika günü münasibətilə mini-futbol turniri keçirildi

Bakıda yerləşən Füzuli rayonunun  məktəblərinin şagirdləri arasında  28 may Respublika gününə həsr edilmiş mini-futbol turniri keçirilib. Apasport.az saytının məlumatına görə, 56 saylı tam orta məktəbin təşəbbüsü ilə keçirilən bu turnirdə 8 komanda mübarizə aparıb.

 

1, 2, 4, 5, 46, 48, 53 və 56 saylı tam orta məktəbi təmsil edən futbolçular 3 gün ərzində birincilik uğrunda öz qüvvələrini sınayın. Gərgin və maraqlı keçən oyunda 56 saylı orta məktəbin futbol komandası turnirin qalibi olub. Təsis olunmuş kubok komandanın kapitanı Əhliyyət Cəfərova təqdim edilib. 48 saylı orta məktəbin komandası 2-ci, və 2 saylı orta məktəbin komandası isə 3-cü yerə çıxıb.

 

56 saylı orta məktəbin futbol komandasını bu mötəbər oyuna məktəbin idman müəllimi Rüfət Vəliyev hazırlayıb. Matçların keçirilməsində 56 saylı məktəbin direktor müavinləri Nərgiz Familzadə, Eltac Ağazadə, 48 saylı məktəbin direktoru Şərafət Hacıyeva və Bakı şəhər 47 saylı məktəbin direktoru Aytən Bağırovanın xidmətlərini qeyd etmək yerinə düşərdi.

 

Mini-futbol turnirinin açılışı və bağlanışı müddətində Füzuli rayon icra hakimiyyətinin müavini Kəmalə Əhmədova keçirilən turnirə xüsusi dəyər verdiyini söyləyib. Oyunda iştirak edən bütün komandalara və məktəblilərə xoş arzularını bildirən Əhmədova qalib komandaya “Lələtəpə” adının verilməsini də təklif edib. Onun  bu təşəbbüsü bütün məktəblilərin ürəyincə olub.

 

Yarışın bağlanışında oyunun keçirilməsinin təşəbbüskarı olan 56 saylı orta məktəbin direktoru Ehtiram Səfərov çıxış edərkən  turnirinin uğurla başa çatmasında Bakıda yerləşən Füzuli rayon köçkün məktəblilərinə göstərdiyi xüsusi diqqətə görə Füzuli rayon icra hakimiyyəti və Rayon Təhsil Şöbəsinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. 

0