[b]Prosineçkinin bəyəndiyi debütant kimdi?[/b]
27.05.2016 - 18:13
[b]Prosineçkinin bəyəndiyi debütant kimdi?[/b]

Azərbaycan milli komandalarının planlarında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, mayın 23-dən Avstriyada təlim-məşq toplanışında olan əsas yığmanın düşərgəsində olan 3 oyunçunun Bad Erlax şəhərini tərk edib, U-21-ə qoşulması ilə bağlı plan tam baş tutmayıb.

 

Belə ki, Sloveniyada hazırlıq keçən gənclər millisinə 3 deyil, 2 oyunçu qoşulub. Bunlar Budaq Nəsirovla Vüqar Mustafayevdi. U-21-ə yollanmalı olan 3-cü oyunçu – Adil Nağıyev isə Avstriyada qalıb.

 

Buna səbəb əsas komandanın baş məşqçisi Robert Prosineçkinin onu heyətdə saxlamağa qərar verməsidi. Andorra ilə yoxlama oyununda (0:0) hər üç gəncə debüt imkanı yaradan xorvatiyalı Nağıyevi bəyəndiyindən belə addım atıb.

0