[b]Azərbayan – Makedoniya: Hakimlər bəlli oldu[/b]
27.05.2016 - 19:10
[b]Azərbayan – Makedoniya: Hakimlər bəlli oldu[/b]

Milli komandamızın Avstriya toplanışı çərçivəsində mayın 29-da keçirəcəyi Makedoniya ilə hazırlıq matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.

 

Görüşün baş hakimi Markus Hameter olacaq. Ona həmyerliləri Rolan Braunşmidt və Maksimilian Kolbitş köməklik edəcək. Manuel Şüttenqruber isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

0