[b]Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçədən danışdılar[/b]
27.05.2016 - 19:28
[b]Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçədən danışdılar[/b]

ShamkirChess 2016 superturnirinin II turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Teymur Rəcəbov qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş heç-heçə başa çatıb.

 

Partiyadan sonra şahmatçılar oyun haqda danışıblar.

 

Teymur Rəcəbov klassik şahmatda Raufla o qədər də çox oyun keçirmədiyini bildirib: "Rauf Məmmədovla o qədər çox oynamamışıq. 4 yaşından şahmatdayam, bəlkə də yadımda qalmayıb. Bir-birimizlə oyunların fərqini bilmirəm. Məmmədovla bugünkü oyun bərabər alındı. Demək olar ki, üstünlük görsənmirdi".
 

Rauf Məmmədov isə klassik şahmatdan çox blits oynamağı xoşladığını dedi: "Teymur kimi şahmatçıya qarşı diqqətli oynamaq vacibdir. Debüt normal oldu. Sadəcə üstünlük əldə etmək mümkün deyildi. Rəcəbov çox diqqətli idi. Onunla o qədər çox oynamamışıq. Ümumiyyətlə klassik şahmatdan çox blits oynamağı sevirəm. Klassik şahmat 4 saat davam edir, blits isə 10 dəqiqə. Vaxt cəhətdən də rahat oynamaq olur".

0