“Barselona” futbolçusuna qiymət qoydu: 200 milyon avro!
27.05.2016 - 19:53
“Barselona” futbolçusuna qiymət qoydu: 200 milyon avro!

“Barselona” Serxio Busketslə yeni müqavilə barədə razılıq əldə edib. Apasport.az saytının məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

 

Bildirilib ki, “Barsa” dayaq yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb. Mövcud anlaşma 2021-ci ilə qədər nəzərdə tutulub. Ancaq gələcəkdə müqavilə daha iki illiyə uzadıla bilər.

 

Razılaşmada Busketsin transfer qiyməti də göstərilib. 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyən komanda 200 milyon avrosundan keçməlidi.

 

Qeyd edək ki, başa çatan mövsüm “Barsa”nın heyətində Serxio üçün 8-ci oldu. O, bu müddətdə 384 oyun keçirib, 12 qol vurub.

0