PSJ-dən yeni təklif
27.05.2016 - 21:54
PSJ-dən yeni təklif

PSJ uruqvaylı futbolçu Edinson Kavaniyə yeni müqavilə təklif edib. Apasport.az saytının məlumatına görə, tərəflər artıq danışıqlara başlayıblar.

 

Parislilər hücumçuya 2020-ci ilə qədər davam edəcək yeni anlaşma təklif ediblər. Hələlik oyunçunun nə qərar verəcəyi dəqiqləşməyib.

 

Qeyd edək ki, E.Kavani ötən mövsüm oynadığı 52 matçda 25 qol vurub və 7 qolun ötürməsini verib.

0