“San Siro” 5 aldı
27.05.2016 - 23:15
“San Siro” 5 aldı

UEFA Milanın "San Siro" stadionunu 5 ulduzla qiymətləndirib. Apasport.az saytının məlumatına görə, Avropanın ali futbol qurumu arenanın ulduzunu yarım bal artıraraq 4,5-dən 5-ə yüksəldib.

 

"San Siro" stadionu mayın 28-də "Real" və "Atletiko" arasında baş tutacaq Çempionlar Liqasının final oyununu qəbul edəcək.

 

Qeyd edək ki, bu stadionda Milanın iki klubu - "Milan" və "İnter" ev oyunlarını keçirirlər. "İnter" ev oyunlarını keçirən zaman stadion "Cüzeppe Meatsa" adlanır.

 

0