[b]“Real” qalib gələcək?[/b]
28.05.2016 - 10:14
[b]“Real” qalib gələcək?[/b]

“Topaz” Çempionlar Liqasının final görüşü üçün əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru Milanda baş tutacaq “Real” (İspaniya) – “Atletiko” (İspaniya) duelində nominal ev sahiblərini şanslı sayır.

 

Belə ki, “Real”ın kuboku qazanması 2,20, rəqibinin qalib gəlməsi 2,80 əmsalla qiymətləndirilib. Görüşün əsas vaxtında heç-heçəyə isə 2,70 əmsal verilib.

 

Qeyd edək ki, Madrid klubları saat 22:45-də üz-üzə gələcəklər.

0