[b]Şahmatçımız ermənini mat qoydu[/b]
28.05.2016 - 11:09
[b]Şahmatçımız ermənini mat qoydu[/b]

Rumıniyada qadın şahmatçıların şəxsi Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışa 9 şahmatçı ilə qatılan Azərbaycan yığması I turu uğurla baş vurub.

 

Belə ki, həmyerlilərimizdən 4-ü qələbə qazandığı halda, 3-ü yarım xalla kifayətlənib.

 

Şahmatçılarımızdan Günay Məmmədzadə İngiltərə yığmasının şərəfini qoruyan erməni əsilli Meri Qriqoryanı mat edib. Türkan Məmmədyarova isə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla heç-heçə oynayıb.

 

 

Avropa çempionatı

I tur

 

Ülviyyə Fətəliyeva (2301) – Lela Yavaxişvili (2493, Gürcüstan) – 1:0

Türkan Məmmədyarova (2257) – Lilit Mkrtçyan (2434, Ermənistan) – 0,5:0,5

Nataliya Poqonina (2490, Rusiya) – Aydan Höccətova (2300) – 0,5:0,5

Zeynəb Məmmədyarova (2236) – Korina-İsabela Peptan (2402, Rumıniya) – 1:0

Nərmin Kazımova (2364) – Anqela Draqomiresku (2215, Rumıniya) – 0:1

Xəyalə Abdulla (2209) – Meri Arabidze (2363, Gürcüstan) – 0:1

Nərmin Xələfova (2193) – Sopiko Xuxaşvili (2355, Gürcüstan) 0:1

Gülnar Məmmədova (2319) – Svetlana Sucikova (2072, Slovakiya) – 1:0

Günay Məmmədzadə (2318) – Meri Qriqoryan (2016, İngiltərə) – 1:0

0