[b]Həkimlərdən müraciət: Rio Olimpiadası ya təxirə salınmalı, ya da yeri dəyişdirilməlidi![/b]
28.05.2016 - 12:56
[b]Həkimlərdən müraciət: Rio Olimpiadası ya təxirə salınmalı, ya da yeri dəyişdirilməlidi![/b]

150-dən çox həkim avqustun 5-21-də Braziliyanın Rio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının təxirə salınması və ya başqa ölkədə keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə və Ümumdünya Səhiyyə Təşkilatına müraciət ünvanlayıb. Apasport.az saytının məlumatına görə, onlar “Zika” virusunun dünyada yayılacağından narahatdılar.

 

Müraciətdə bildirilir ki, Olimpiadanın yerinin dəyişdirilməsi və ya təxirə salınması vacibdi. Həkimlərin fikrincə, Olimpiadadan sonra “Zika” virusu sürətlə yayıla bilər: “Dünyanın 4 bir tərəfində Olimpiadaya gələcək 500 min turistin virusa yoluxaraq, bunu vətəninə daşımaq ehtimalı yüksəkdi. Bu risk sayəsində də “Zika” hər yerdə yayılacaq. Virus xüsusilə kasıb yaşayan Cənubi Asiya və Afrika ölkələrində ciddi təhlükələrə yol aça bilər”.

 

Braziliya Səhiyyə Nazirliyi isə buna cavab olaraq bildirib ki, ciddi narahatçılığa səbəb yoxdu. Çünki yay aylarında bu virusun yayılması ən aşağı həddə enir: “Buna görə də təxirəsalmaya hansısa əsas yoxdu”.

 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi hələlik rəsmi cavab verməyib.

0