[b]“Çox istərdik ki, ilk medalımızı doğma şəhərimizdə qazanaq” - Rauf Məmmədov[/b]
28.05.2016 - 17:29
[b]“Çox istərdik ki, ilk medalımızı doğma şəhərimizdə qazanaq” - Rauf Məmmədov[/b]

“Eltacla görüşümüz sönük oldu. Bir-birimizi yaxşı tanıdığımızdan mübarizə gərgin getmədi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov deyib.

 

“ShamkirChess2016” turnirinin III turunda Eltac Səfərli ilə heç-heçə oynayan qrossmeyster partiyadan sonra oyun haqda fikirlərini açıqlayıb: “Heç-heçə normal nəticədi. Səfərli fərqli debüt oynasa da, üstünlük əldə etmədi. Belədə oyun bərabər səviyyədə davam etdi".

Rauf Məmmədov 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda da danışıb: "Şahmat Olimpiadası qrossmeysterlər üçün ən mötəbər və çətin yarışdı. Bir sıra yarışlarda Azərbaycan millisi yaxşı oynasa da, medal qazanmayıb. Sonuncu Tromse olimpiadasında belə oldu. Norveçdə keçirilən yarışda uzun müddət lider kimi yarış cədvəlinə başçılıq etdik. Sonda isə Azərbaycan millisi yarışı 5-ci sırada başa vurdu. Bu mənada Bakı Şahmat Olimpiadası bizim üçün ikiqat önəmlidi. Çox istərdik ki, ilk medalımızı doğma şəhərimizdə qazanaq".

0