[b]AVRO-2016: “Barselona”nın futbolçusu kənarda qaldı[/b]
28.05.2016 - 21:07
[b]AVRO-2016: “Barselona”nın futbolçusu kənarda qaldı[/b]

"Barselona"nın futbolçusu Ceremi Metyu Fransa millisinin Avro-2016 üçün heyətindən uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, buna 32 yaşlı müdafiəçinin zədələnməsi səbəb olub.

 

Ayağında əzələ problemi olan müdafiəçi tibbi baxışdan keçdikdə sonra Didye Deşam onun adının millinin heyətindən çıxarılmasına qərar verib.

 

Onun əvəzinə isə milliyə "Lion"un müdafiəçisi Samuel Umtiti çağırılıb.

0