[b]AVRO-2016: Bir komanda yekun heyəti açıqladı[/b]
28.05.2016 - 22:59
[b]AVRO-2016: Bir komanda yekun heyəti açıqladı[/b]

Fransada təşkil olunacaq Avropa çempionatı öncəsi komandalar heyətlərini açıqlamağa davam edirlər. Apasport.az saytının məlumatına görə, artıq bir komandanın yekun heyəti bəllidir.

 

Almaniya, Polşa və Ukrayna ilə eyni qrupda mübarizə aparacaq Şimali İrlandiya millisi Fransaya bu oyunçularla yollanacaq.

 

Qapıçılar: Roy Kerrol ("Nots Kaunti", İngiltərə), Maykl Makqovern ("Hamilton", Şotlandiya), Alan Mannus ("Sent-Conson", Şotlandiya).

 

Müdafiəçilər: Kris Beyrd ("Fulhem", İngiltərə), Kreyq Katkart ("Uotford", İngiltərə), Conatan Evans, Qaret Makoli (hər ikisi "Vest Bromviç", İngiltərə), Li Hodson ("Kilmarmok", Şotlandiya), Aaron Hyuz ("Melburn Siti", Avstraliya), Lyuk Makkalok ("Donkaster", İngiltərə), Konnor Maklaflin ("Flitvud", İngiltərə), Paddi Makneyr ("Mançester Yunayted", İngiltərə).

 

Yarımmüdafiəçilər: Stüart Dallas ("Lids", İngiltərə), Stiven Deyvis ("Sautqempton", İngiltərə), Korri Evans ("Blekbern", İngiltərə), Şeyn Ferqyuson ("Milluol", İngiltərə), Niall Makqinn ("Aberdin", Şotlandiya), Oliver Norvud ("Ridinq", İngiltərə).

 

Hücumçular: Uill Qriqq ("Uiqan", İngiltərə), Kayl Lafferti ("Birmingem", İngiltrərə), Coş Maqennis ("Kilmarnok", Şotlandiya), Ceymi Uord ("Notingem Forest", İngiltərə), Konor Vaşinqton (KPR, İngiltərə).

 

0