Karvaxalın göz yaşları... - FOTO
29.05.2016 - 00:53
Karvaxalın göz yaşları... - FOTO

“Real”ın futbolçusu Daniel Karvaxal Çempionlar Liqası final matçını yarımçıq tərk etməli olub. Apasport.az saytının məlumatına görə, “Atletiko” ilə oyunun 53-cü dəqiqəsində zədələnən müdafiəçi meydandan göz yaşları ilə çıxıb.

 

İspaniya millisinin də heyətinə cəlb olunmuş futbolçunun bu üzüntüsünü anlamaq olar. Belə ki, hələlik zədənin ciddiyyəti haqqında məlumat verilməsə də, 24 yaşlı futbolçunun Avropa çempionatının buraxmaq ehtimalı var.

 

Qeyd edək ki, İspaniya millisi qitə birinciliyində ilk matçını 15 gün sonra, iyunun 13-də Çexiyaya qarşı keçirəcək.

0