[b]Millimiz Makedoniya yenə uduzdu - YENİLƏNİB[/b]
29.05.2016 - 20:51
[b]Millimiz Makedoniya yenə uduzdu - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan millisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində 2-ci sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri Makedoniya millisi ilə üz-üzə gəliblər.

 

Bu il keçirdiyi iki görüşdə də qol vura bilməyən millimiz (Qazaxıstan - 0:1, Andorra - 0:0) bu uğursuz ənənəyə balkan təmsilçisi ilə matçda son qoysa da, yekunda məğlubiyyətə üzülüb.

 

Hesab 18-ci dəqiqədə açılıb. Radevski makedonları irəli çıxarıb. Yarım saatının tamamını iki dəqiqə keçmiş artıq hesab 0:2 idi. Rəqibin ən məşhur futbolçusu Qoran Pandev müdafiəçilərimizin "hədiyyə"sini boşa verməyib.

 

İlk hissə bu hesabla başa çatıb. İkinci hissənin gedişində millimiz hesab arasındakı fərqi azaldıb. Əfran İsmayılov penaltini dəqiq yerinə yetirib.

 

Görüşdə son nöqtəni isə Makedoniya qoyub. İlya Nestorovski 90+2-ci dəqiqədə yekun nəticəni elan edib.

 

Bununla da millimiz tarixində 6-cı dəfə qarşılaşdığı rəqibinə 5-ci dəfə uduzub.

 

Yoldaşlıq oyunu

29 may

 

Azərbaycan – Makedoniya - 1:3

Qollar: Əfran İsmayılov, 73 (pen.) - Marcah Radevski,18, Qoran Pandev, 32, İlya Nestorovski, 90+2

Hakimlər: Markus Hameter, Rolan Braunşmidt, Maksimilian Kolbitş, Manuel Şüttenqruber (hamısı Avstriya)

Bad Erlax stadionu

 

Azərbaycan: 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev (18. Ağabala Ramazanov, 46), 11. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 17. Rəhman Hacıyev (28. Coşqun Diniyev, 46), 22. Əfran İsmayılov

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 12. Anar Nəzirov, 4. Pavel Paşayev, 10. Elvin Məmmədov, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 19. Rəşad Eyyubov, 20. Ufuk Budaq, 21. Murad Səttarlı, 24. Amil Yunanov, 25. Adil Nağıyev

 

Makedoniya: 1. Stolg Dmitrevski, 3. Leonard Zuvta, 5. Kirg Rıstevski, 6. Vaçe Sutkov, 13. Stefan Rıstovski, 4. Boyan Haroyenov, 16. Enis Bardi, 7. İvan Triçkovski, 9. Aleksandr Traxkovski, 11. Marcah Radevski, 10. Qoran Pandev

Ehtiyat oyunçular: 12. İqor Aleksovski, 14. Darko Velkovski, 2. Eqzon Bertolay, 17. Boban Nikolov, 8. David Baboksi, 19. Deyan Peşkeviç, 20. Nikola Giorgyev, 18. Beşir Demiri, 15. İlya Nestorovski

0