[b]Türkiyə, Portuqaliya və İtaliyadan qələbə - YENİLƏNİB[/b]
30.05.2016 - 01:42
[b]Türkiyə, Portuqaliya və İtaliyadan qələbə - YENİLƏNİB[/b]

Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində bu gün daha bir neçə qarşılaşma keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya Slovakiya məğlub olub. Norveç də Portuqaliya ilə qarşılaşmada eyni nəticəyə üzülüb.

 

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi Qətərə qalib gəlib.

 

Qardaş ölkə Türkiyə millisi isə Monteneqronu tək qolla məyus edib.

 

Beynəlxalq yoldaşlıq oyunları

29 may

 

Albaniya - Qətər - 3:1

Qollar: Ayeti, 23. Lenyani, 40. Sadiku, 64 - Hassan, 2.

 

Almaniya - Slovakiya - 1:3

Qollar: Mario Qomes, 12-pen - Hamşik, 41. Duriş, 44. Kuçka, 52. 

 

İspaniya - Bosniya və Herseqovina - 3:1

Qollar: Nolito, 11; 18. Pedro, 94 - Spahiç, 29.

 

Rumıniya - Ukrayna - 3:4

Qollar: Torxe, 23. Alibek, 75. Maksim, 85 - Zozulya, 43. Zinçenko, 48. Konoplyanka, 55. Yarmolenko, 60. 

 

Türkiyə - Monteneqro - 1:0

Qol: Mehmet Topal, 95

 

İtaliya - Şotlandiya - 1:0

Qol: Pelle, 57

 

Portuqaliya - Norveç - 3:0

Qol: Quaresma, 13, Gerrero, 56, Eder, 70

0