[b]Millimiz rəqiblərin diqqət mərkəzində[/b]
29.05.2016 - 20:02
[b]Millimiz rəqiblərin diqqət mərkəzində[/b]

Futbol üzrə milli komandamız Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci hazırlıq matçında Makedoniya ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, sınaq oyununun tamaşaçıları arasında DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizin nümayəndələri də var.

 

Belə ki, Rusiyada təşkil olunacaq mundialın təsnifat mərhələsində yığma komandamızla birlikdə C qrupunda mübarizə aparacaq Çexiya, Norveç və Şimali İrlandiya millilərinin rəsmiləri hazırda Bad Erlaxda matçı izləyirlər.

0