[b]2285 günlük həsrətə son[/b]
29.05.2016 - 22:07
[b]2285 günlük həsrətə son[/b]

Azərbaycan millisinin futbolçusu Əfran İsmayılov yığmadakı qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Makedoniya ilə Avstriyada keçirilən bugünkü qarşılaşmada komandamızın təsəlli qoluna sevinən yarımmüdafiəçi 2285 gündən sonra fərqlənib.

 

Millidə 2-ci qolunu vuran Əfranın ilk qolu 2010-cu il fevralın 25-də Əmmanda qeydə alınıb. Yığmada debüt oyununa çıxan yarımmüdafiəçi İordaniya üzərində 2:0 hesablı qələbəyə qolla töhfə vermişdi.

 

O, 2-ci qolunu yığmadakı 29-cu matçında vurub.

 

Qeyd edək ki, Azərbaycan Makedoniya ilə matçda 1:3 hesabı ilə uduzub.

0