[b]“Qarabağ”ın futbolçusu oynadı, komandası qalib gəldi[/b]
30.05.2016 - 01:45
[b]“Qarabağ”ın futbolçusu oynadı, komandası qalib gəldi[/b]

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığması beynəlxalq yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, balkanlılar Qətərlə qarşılaşıb.

 

Avro-2016-nın iştirakçı komandalarından biri olan albanlar bu görüşdən qalib ayrılıblar.

 

Qarşılaşmaya qol buraxaraq başlayan Albaniya millisi daha sonra 3 qol vuraraq, qələbə qazanıb - 3:1.

 

Aqolli qarşılaşmanın 66-cı dəqiqəsində meydana daxil olub.

0