[b]İbrahim Şehiçə ehtiyac duyulmadı[/b]
30.05.2016 - 10:35
[b]İbrahim Şehiçə ehtiyac duyulmadı[/b]

Bosniya və Herseqovina millisi yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, bosniyalılar qitənin ən güclü komandalarından olan İspaniya ilə münasibətlərinə aydınlıq gətiriblər.

 

İspanların 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Bosniya və Herseqovina millisinin heyətində tanış sima da olub. Belə ki, “Qarabağ”ın qapıçısı İbrahim Şehiç görüşün iştirak ərizəsinə salınıb. Lakin Asmir Beqoviçin çərçivədə durduğu matçda məşqçilər korpusu Şehiçə ehtiyac duymayıb.

 

Qeyd edək ki, ispanların qollarına Nolito (11, 18) və Pedro Rodriges (90+5), bosniyalıların yeganə topuna isə Emir Spahiç imza atıb.

0