[b]Millimizin üzvü klubundan ayrıldı[/b]
30.05.2016 - 13:47
[b]Millimizin üzvü klubundan ayrıldı[/b]

Azərbaycan yığmasının yarımmüdafiəçisi Timur Təməltaş klubsuz qalıb. Apasport.az saytının məlumatına görə, gənc futbolçu “Altınordu” ilə vidalaşıb.

 

Bu barədə məlumatı PTT I liqada mübarizə aparan “Altınordu” klubu rəsmi “twitter” hesabından yayıb. Rəhbərlik müqavilə müddəti davam etməsinə baxmayaraq, oyunçuya təşəkkürünü bildirib və onunla yollarını ayırdığını bəyan edib. Təməltaşla yanaşı, qapıçı Tolqahan Acar da yola salınıb.

 

Qeyd edək ki, Timur Təməltaş “Altınordu”ya 2013-cü ildə “Kayzerslautern”dən keçmişdi.

0