İspaniya və İtaliya millisində Avropa çempionatı öncəsi bir futbolçu zədələnib. Apasport.az saytının məlumatına görə, söhbət ispanların müdafiəçisi Daniel Karvahal və italyanların yarımmüdafiəçisi Rikkardo Montolivodan gedir.
“Real”ın heyətində Çempionlar Liqasının “Atletiko” ilə keçirilən final matçında zədələnən Karvahalın durumuna yaxın iki gündə aydınlıq gələcək. Sağ cinah oyunçusunun qitə birinciliyinə yollanmayacağı dəqiqləşsə, onu millidə “Arsenal”ın oyunçusu Ektor Bellerin əvəz edəcək.
Montolivo isə yığmasının məşqi zamanı ayağından xəsarət alıb. Şotlandiya ilə qarşılaşmadan sonrakı bərpa xarakterli məşqdə zədələnən 31 yaşlı orta sahə oyunçusunun Avropa çempionatında iştirakı sual altına düşüb. Montolivo DÇ-2014-ü də zədə ucbatından buraxmışdı.
Qeyd edək ki, Fransada təşkil ediləcək Avropa çempionatı 10 iyun – 10 iyul tarixlərində keçiriləcək.