[b]AÇ-2016: [/b]Karvahalın durumuna aydınlıq gəldi
30.05.2016 - 17:02
[b]AÇ-2016: [/b]Karvahalın durumuna aydınlıq gəldi

İspaniya yığmasının sağ cinah müdafiəçisi Daniel Karvahalın vəziyyətinə aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, tibbi müayinədən keçən futbolçuda ikinci dərəcəli əzələ dartılması aşkarlanıb.

 

“Real”ın heyətində Çempionlar Liqasının “Atletiko” ilə final matçında zədələnərək əvəzlənən Karvahalın Avropa çempionatına yollanıb-yollanmayacağı sual altında idi. Klub rəsmi saytı vasitəsilə 24 yaşlı oyunçunun durumunun ciddi olduğunu və onun 3 həftə yaşıl meydanlardan uzaq qalacağını bəyan edib.

 

Yığmanın həkimləri də bu barədə məlumatlandırılıb və Karvahal millinin heyətindən çıxarılıb. Bu isə o deməkdi ki, futbolçu gələn ay Fransada start veriləcək Avropa çempionatından kənarda qalacaq.

 

Qeyd edək ki, Karvahalı millidə “Arsenal”ın müdafiəçisi Ektor Bellerin əvəz edəcək.

0