[b]“Çıxış yolunu axtarsam da dönüş etmək mümkün olmadı”[/b]
31.05.2016 - 09:05
[b]“Çıxış yolunu axtarsam da dönüş etmək mümkün olmadı”[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” superturnirinin V turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub. Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz partiyadan sonra oyunun çətin keçdiyini deyib.

 

O bildirib ki, Karuana güclü rəqibdi: “Çətin partiya alındı. Debütdən sonra aşkar üstünlük hiss olunmurdu. Fiqurları dəyişəndən sonra oyun fərqli istiqamətdə inkişaf etməyə başladı. Ağlarla oynayan rəqibim düzgün gedişlərlə üstünlük qazandı və onu qələbəyə qədər davam etdirdi. Çıxış yolunu axtarsam da partiyada dönüş etmək mümkün olmadı".

Əslən italiyalı olan Fabiano Karuana isə Azərbaycan şahmatçısının səhv etdiyini bildirdi: "Qara fiqurların vəziyyəti o qədər pis deyildi. Amma səhv gedişdən sonra onları oyunu dəyişdi. Ağlar üstünlük qazandı. Qara fiqurlar üçün müdafiə olunmaq çətin oldu. Belə də şah fiqurunu əhatəyə almaq lazım gəldi. Sevinirəm ki, qələbə qazandım. Bu gün əldə olunan 1 xal istirahət gününə rahat yollanmağa imkan verəcək. Ümumilikdə turnirdəki vəziyyətimdən razıyam. Hər şey istədiyim kimi davam edir. Hazırda yekun nəticə haqda danışmaq tezdi. Sona 4 tur var. Hər şey dəyişə bilər. Əvvəlcədən söyləmişəm ki, Şəmkirdə qələbə qazanmaq istəyirəm. Ardıcıl üçüncü dəfədi bu yarışda iştirak edirəm. Nəhayət, Şəmkiri qalib kimi başa vurmaq istəyirəm. Sabah təşkilatçılar tərəfindən futbol oynamaq təklifi almışam. Ona görə vaxtımı futbola həsr edəcəm".

0