Şəmkirdə məşhurların iştirakı ilə seans - FOTO
31.05.2016 - 14:13
Şəmkirdə məşhurların iştirakı ilə seans - FOTO

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turnirinin iştirakçıları Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmə şahmatçılar üçün seans keçirib. Apasport.az saytının məlumatına görə, yeniyetmə şahmatçılarla görüşdə həmyerlimiz Şəhriyar Məmmədyarov, çinli dünya çempionu Hou Yifan, Rusiya təmsilçisi Sergey Karyakin, Hollandiyanın adından çıxış edən Aniş Giri və italiyalı Fabiano Karuana iştirak edib.

 

Maraqlıdı ki, yeniyetmələrlə görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıb. Yalnız Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 11 yaşlı Əli Əmrahlıya heç-heçə təklif edərək yeniyetmənin sevinməsinə şərait yaradıb. 

0