[b]AÇ-2016: İspaniyanı Fransada bu heyət təmsil edəcək[/b]
31.05.2016 - 21:09
[b]AÇ-2016: İspaniyanı Fransada bu heyət təmsil edəcək[/b]

İspaniya yığması Avropa çempionatı üçün yekun heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Visente del Boske son heyətdə bir neçə dəyişiklik edib.

 

Belə ki, Çempionlar Liqasının final oyununda zədələnən “Real”ın müdafiəçisi Dani Karvaxal Fransaya gedəcək heyətdən kənarda qalıb. Onu “Arsenal”lı Bellerin əvəzləyəcək.

 

Fernando Torres, Xuan Mata və Dieqo Kosta kimi ulduzların qitə birinciliyindən kənarda qalacağı isə əvvəlcədən məlum idisə, İsko və Saul Nigez də yekun heyətə düşə bilməyiblər.

 

Qapıçılar: İker Kasillas, David de Xea, Serxio Riko

 

Müdafiəçilər: Serxio Ramos, Jerard Pike, Xordi Alba, Mark Bartra, San Xose, Xuanfran, Hektor Bellerin, Sezar Azpilikueta

 

Yarımmüdafiəçilər: Sexio Buskets, Andreas İnyesta, Bruno Saltor, Pedro Rodrigez, Sesk Fabreqas, Koke, Tyaqo Alkantara, Nolito

 

Hücumçular: David Silva, Lukas Vazgez, Arits Aduriz, Alvaro Morata

0