[b]AÇ-2016: Qaret Beyl 7 nəfəri əvəz etdi[/b]
01.06.2016 - 09:12
[b]AÇ-2016: Qaret Beyl 7 nəfəri əvəz etdi[/b]

Uels yığmasının Avropa çempionatı üçün yekun heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kris Koulmen 29 nəfərlik ilkin heyətdən 7 oyunçunu kənarlaşdırıb.

 

Belə ki, Pol Dammett, Adam Henli, Adam Mattyu, Emir Hyus, Tom Bradşou,  Tom Lourens və Ues Börns Britaniya təmsilçisinə lazım olmayıb. Əvəzində

“əjdahalar”ın lideri Qaret Beylin adı yekun heyətə daxil edilib. Madrid “Real”ının futbolçusu zədəli olduğu üçün ilkin heyətdən kənarda qalmışdı.

 

Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”, İngiltərə), Danni Uord (“Liverpul”, İngiltərə), Oveyn Uillyams (“İnverness”, Şotlandiya)

Müdafiəçilər: Ben Deyvis (“Tottenhem”, İngiltərə), Neyl Teylor, Eşli Uillyams (hər ikisi “Suonsi”, Uels), Kris Qanter (“Ridinq”, İngiltərə), Ceyms Çester (“Vest Bromviç”, İngiltərə), Eşli Riçards (“Fulhem”, İngiltərə), Ceyms Kollins (“Vest Hem”, İngiltərə)

Yarımmüdafiəçilər: Aron Remsi (“Arsenal”, İngiltərə), Co Ledli, Conatan Uillyams (hər ikisi “Kristal Pelas”, İngiltərə), Devid Vuqan (“Nottingem Forest”, İngiltərə), Co Allen (“Liverpul”, İngiltərə), Endi Kinq (“Lester”, İngiltərə), Devid Edvards (“Vulverhempton”, İngiltərə)

Hücumçular: Corc Uillyams (“Fulhem”, İngiltərə), Devid Kotterill (“Birmingem”, İngiltərə), Hal Robson-Kanu (“Ridinq”, İngiltərə), Sem Vokes (“Bernli”, İngiltərə), Saymon Çerç (“Nottingem Forest”, İngiltərə), Qaret Beyl (“Real” Madrid, İspaniya)

 

0