[b]AÇ-2016: İrlandiya yığmasından 12 futbolçu kənarlaşdırıldı[/b]
01.06.2016 - 09:30
[b]AÇ-2016: İrlandiya yığmasından 12 futbolçu kənarlaşdırıldı[/b]

Gələn ay Avropa çempionatında iştirak edəcək İrlandiya yığmasının heyətində ciddi islahatlar olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Martin Onil ilkin heyətdən 12 oyunçunu kənarlaşdıraraq, yekun “23-lüy”ü müəyyənləşdirib.

 

Belə ki, təlim-məşq toplanışına dəvət alan və yoxlama görüşlərində özünü göstərmək imkanı əldə edən Devid Forde, Pol MakŞeyn, Aleks Pirs, Mark Uilson, Darron Gibson, Harri Arter, Eunan O'Kin, Entoni Pilkinqton, Conatan Heyz, Kallum O'Douda, Devid MakQoldrik və Kevin Doyl millidən uzaqlaşdırılıblar. Onlar arasında ən çox diqqət çəkən Pirs, Gibson, Pilkinqton və Doyldu.

 

İrlandiya yığmasının “23-lüy”ü:

 

Qapıçılar: Şey Given (“Stok Siti”, İngiltərə), Darren Randolf (“Vest Hem”, İngiltərə), Kiran Vestvud (“Şeffild Uenzdi”, İngiltərə)

 

Müdafiəçilər: Kirus Kristi, Riçard Keoq (hər ikisi “Derbi Kaunti”, İngiltərə), Klaran Klark (“Aston Villa”, İngiltərə), Simus Koulmen (“Everton”, İngiltərə), Şeyn Daffi (“Bləkbörn”, İngiltərə), Con O'Şi (“Sanderlend”, İngiltərə), Stefen Uord (“Bernli”, İngiltərə)

 

Yarımmüdafiəçilər: Ues Holahan, Robbi Bredi (hər ikisi “Norviç”, İngiltərə), Ceff Hendrik (“Derbi Kaunti”, İngiltərə), Ceyms MakKarti (“Everton”, İngiltərə), Ceyms Maklin (“Vest Bromviç”, İngiltərə), Alden MakQedi (“Şeffild Uenzdi”, İngiltərə), Devid Meyler (“Hall Siti”, İngiltərə), Stefen Kuinn (“Ridinq”, İngiltərə), Qlenn Uelan (“Stok Siti”, İngiltərə)

 

Hücumçular: Robbi Kin (“Los Anceles Qalaksi”, ABŞ), Şeyn Lonq (“Sauthempton”, İngiltərə), Deril Mörfi (“İpsviç”, İngiltərə), Conatan Uolters (“Stok Siti”, İngiltərə).

 

Qeyd edək ki, iyunun 10-da Fransada start götürəcək qitə birinciliyində E qrupunda mübarizə aparacaq İrlandiya yığması Belçika, İtaliya və İsveçlə qarşılaşacaq.

0