[b]AÇ-2016: Fransaya getməyən 10 ulduz[/b]
01.06.2016 - 18:34
[b]AÇ-2016: Fransaya getməyən 10 ulduz[/b]

İyunun 10-da Fransada startı veriləcək futbol üzrə Avropa çempionatında iştirak edəcək bütün milli komandalar heyətlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, artıq final mərhələsinin 552 iştirakçısı müəyyənləşib.

 

Bu siyahıya əsasən bir sıra ulduzların AÇ-ni kənardan izləyəcəyini söyləmək olar. Onlardan bəziləri zədə, bəziləri yığmadakı rəqabət səbəbindən kənarda qalacaq. Kərim Benzemanın problemi isə tam fərqlidi.

 

Championat.com Fransada oynamayacaq ulduzların “Top-10”unu tərtib edib. Karyerasını bitirmiş və ya uzaq ölkələrə yollanmış Xavi, Pirlo, Lempard, Cerrard, Riberi və Lam kimi məşhurlar yer almayıb.

 

Kərim Benzema

“Real”ın hücumçusu evdəki AÇ-ni “Valbuena qalmaqalı” üzündən buraxacaq. Şübhəsiz ki, bu Fransa millisi üçün ciddi itkidi. Amma buna görə Benzema özünü günahlandıra bilər. 28 yaşlı futbolçu əla mövsüm keçirir. 27 oyunda 24 qol vuran hücumçu Primeranın ən yaxşı bombardirləri sırasında yer alıb. Nəzəri cəhətdən Valbuena, Riberi və Benzema “üçlüyü” ilə Avropa çempionu titulunu qazanmaq gücündə olan ev sahibləri yarışa bu oyunçulardan heç biri olmadan qatılacaq.

 

Rafael Varan

Meydan sahiblərinin daha bir itkisi də meydan sahiblərinin üzvüdü. 23 yaşlı müdafiəçi yarışa sol ayağındakı zədə üzündən qatılmayacaq. Bir həftə onun Adil Rami ilə əvəzlənəcəyi açıqlanıb. Yəqin ki, yığmanın baş məşqçisi ən çox məhz onun yoxluğuna üzülür. Gənc müdafiəçi “Real”da kifayət qədər inamlı görünürdü. Rəqabətə baxmayaraq, Primerada 26 oyuna çıxmışdı. Zədə səbəbindən isə ÇL-in finalını da kənardan izlədi.

 

Dieqo Kosta

Yəqin ki, Kosta Braziliya deyil, İspaniya millisini seçdiyi üçün qərarının düzgünlüyünə şübhə edir. “Çelsi”nin hücumçusunun yığma karyerası heç cür alınmır. Seçmə mərhələdə yalnız Lüksemburqa qol vurub. Visente del Boske də başa düşüb ki, braziliyasız da keçinmək olar. Premyer Liqada son mövsümü 12 qol vuran hücumçu üçün uğurlu saymaq mümkün deyil. Üstəlik, heyət açıqlanmazdan öncə də zədələnib.

 

Fernando Torres

İspan azarkeşlərini del Boskenin Torresi AÇ-yə aparmamaq qərarı çox üzüb. “Atletiko”nun 32 yaşlı hücumçusu ən yaxşı illərində olduğu qədər güclü olmasa da, yığmaya hələ də kömək edə bilərdi. Necə ki, Çempionlar Liqasının “Barselona” ilə oyununda “Atletiko”ya kömək etmişdi. Həmçinin, finalda penalti qazanmışdı. Cari mövsüm Premerada yalnız 17 dəfə əsas heyətdə meydana çıxdığını nəzərə alsaq, onun 11 qolu heç də pis deyil. Buna baxmayaraq, Torres Dieqo Kosta, İsko, Mata və Saul kimi kənarda qalıb.

 

Aryen Robben

Avropanın ən parlaq oyunçularından biri AÇ-də ona görə iştirak etməyəcək ki, yığması seçmə mərhələdə bərbad oynayıb və heç pley-offa da çıxmayıb. Hollandiyalının özü isə bu mövsümdə nə yığmasına, nə də “Bavariya”ya kömək edib. Seçmə mərhələdə yalnız Latviya ilə oyunda 2 qol vuran 32 yaşlı hücumçu Bundesliqanın 15 matçında yalnız 4 dəfə fərqlənib. Aryen və “narıncılar”sız Fransadakı yarış maraqsız olacaq.

 

Marko Roys

Yığmada ən çox bəxti gətirməyənlərdən biri Dortmund “Borussiya”sının hücumçusudu. O, 2 il öncə zədə üzündən Braziliyadakı mundialı buraxmışdı və orada Bundestim çempion olmuşdu. Bu dəfə isə Roys “23-lük”dən kənar qalıb. 27 yaşlı futbolçu zədədən sonra tam bərpa olmayıb. Hər halda, baş məşqçi Yoahim Löv bildirib ki, həkimlər Markonun durumu ilə bağlı təminat vermir. Bundesliqada son turlarda meydana çıxan Roys 26 matçda 12 qol vurub.

 

Henrix Mxitaryan

Roysun Dordmund “Borussiya”sındakı komanda yoldaşı da AÇ-2016-nı televiziyadan izləyəcək. Buna səbəb Robbenlə eynidi. Onun komandası seçmə mərhələni adlaya bilməyib. Əslində, Hollandiyadan fərqli, Ermənistanı AÇ-də gözləyənlər də çox az idi. Baxmayaraq ki, bu millidə 15 ötürmə ilə Bundesliqanın ən yaxşı assistenti olan Mxitaryan da çıxış edir. O, 11 qol vurub. Henrix həm də futbolçular arasında keçirilən sorğuya əsasən çempionatın əsas ulduzu olub.

 

Vensan Kompani

Belçika yığmasının müdafiəçiləri detektiv əsərlərdə olduğu kimi bir-birinin ardınca sıradan çıxır. AÇ-2016-da “Zenit”in futbolçusu Nikolas Lomberts də qatılmayacaq. Lakin baş məşqçini daha çox müdafiə xəttinin lideri Kompaninin zədəsi məyus edib. Zədə “Mançester Siti”nin oyunçusuna mövsümü yüksək notda bitirməyə imkan verməyib. O, ÇL-in “Real”la yarımfinalın cavab oyununu artıq 10-cu dəqiqədə zədələnərək, tərk edib. Mövsüm ərzində 30 yaşlı müdafiəçi 14 oyun keçirib və hər 2 qolunu ilk turlarda vurub.

 

Miralem Pyaniç

Bosniya və Herseqovina yığması İrlandiyaya pley-offda uduzduğundan İtaliya çempionatının ulduzu olan Pyaniç AÇ-də iştirak etməyəcək. Cərimə zərbələrinin mahir ifaçısı cari mövsümdə A seriyasında keçirdiyi 33 matçda 10 qol vurub, 12 məhsuldar ötürmə verib. 26 yaşlı yarımmüdafiəçi seçmə mərhələdə daha az fayda verərək, qola həsrət qalıb. Bu üzücü statistikadı. Nəticədə Pyaneç – Dzeko cütlüyünə malik yığma 24 ən yaxşıdan kənarda qalıb.

 

Marko Verratti

İtaliya millisinin 23 yaşlı yarımmüdafiəçisi mövsümü ağrılar üzündən heç də yaxşı keçirməyib. Müxtəlif zədələrlə üzləşən Verratti son bir neçə ayda əziyyət çəkib. Nəticədə PSJ-nin üzvü Fransa çempionatında 18 matça çıxıb. Bunların yalnız 11-də start heyətdə yer alıb. Təəccüblü deyil ki, nəticədə istedadlı italiyalı daha bir yarımmüdafiəçi Klaudio Markizio kimi AÇ-dən kənar qalıb. 

0