[b]AÇ-2016: Ən yaşlı futbolçu kimdi?[/b]
01.06.2016 - 17:54
[b]AÇ-2016: Ən yaşlı futbolçu kimdi?[/b]

Fransada keçiriləcək AÇ-2016-nın bütün iştirakçıları yekun heyətlərini açıqladıqdan sonra yarışın ən yaşlı və ən gənc futbolçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, Macarıstan millisinin qapıçısı Qabor Kiray və onun İrlandiyadan olan həmkarı Şey Given 40 yaşı arxada qoyub.

 

Onların hər ikisi 1976-cı il təvəllüdlüdü. 19 gün böyük olan Qabor AÇ-nin “ağsaqqalı” olacaq. Macarıstanlı aprelin 1-də, irlandiyalı isə həmin ayın 20-də doğulub.

 

Əsas yığmada daha tez peyda olan Given İrlandiya millisində 1996-cı ildə debüt edib. AÇ-2016-nın ən gənc üzvü isə 1997-ci il təvəllüdlüdü. Bu oktaybrın 31-də 19 yaşını qeyd edəcək İngiltərə millisinin üzvü Markuş Reşforddu.

 

Qeyd edək ki, orta yaşa görə ən qoca İrlandiya (29,4 yaş), ən gənc Almaniyadı (25,4 yaş). 

0