AÇ-2016: Fransa çempion olsa, futbolçular sərvət qazanacaq
01.06.2016 - 20:26
AÇ-2016: Fransa çempion olsa, futbolçular sərvət qazanacaq

Fransa yığmasının Avropa çempionatında qalib gələcəyi təqdirdə, qazanacağı mükafat bəlli olub. Apasport.az saytının məlumatına görə, fransız futbolçular evdə keçirilən çempionatın qalibi olsalar, hər bir futbolçu 300 min avro mükafata sahib çıxacaq.

 

Bu barədə açıqlamanı Fransa Futbol Federasiyasının prezidenti Noel le Qrae verib: “Mən yığmanın üzvləri Uqo Lloris və Blezom Matyuidi ilə görüşdüm. Onlara mükafatın hansı meyarlarla veriləcəyi barədə məlumat verdim. Federasiya həmişə olduğu kimi, FİFA və UEFA-dan gələn gəlirlərin 30 faizini futbolçulara verəcək.

Avropa çempionatında qalib gəlsək, hər bir futbolçu 300 min avro qazanacaq. İnanın, mən bu məbləği onlara versəm, çox xoşbəxt olacam”.

 

Qeyd edək ki, Fransa yığması finalda məğlub olsa, hər bir futbolçu 250 min avro alacaq. Yarımfinala vəsiqə futbolçulara 210 min, 1/4 finala çıxış isə 165 min avro qazandıracaq.

0