AÇ-2016: İtaliya millisində şok itki
01.06.2016 - 22:12
AÇ-2016: İtaliya millisində şok itki

İtaliya milli komandasının futbolçusu Qrasiano Pelle məşqdə zədələnib. Apasport.az saytının məlumatına görə, “mavilər”in yekun heytinə düşən “Sauthempton”un üzvü çalışmanı tamamlaya bilməyib.

 

30 yaşlı futbolçunun vəziyyəti haqqında yekun fikir söylənməsə də, zədənin milli komanda rəsmilərində ciddi narahatlıq yaratdığı iddia edilib.

 

Qeyd edək ki, “skuadra adzurra”da Marko Veratti, Klaudio Markzio və Rikardo Montolivonun qitə birinciliyini buraxacağı daha əvvəldən məlum idi. 

0