[b]Meksikada uğur qazanan cüdoçularımız Bakıya qayıdıblar - FOTOSESSİYA[/b]
02.06.2016 - 10:02
[b]Meksikada uğur qazanan cüdoçularımız Bakıya qayıdıblar - FOTOSESSİYA[/b]

Meksikanın Qvadalaxara şəhərində Yay Olimpiya Oyunlarına son lisenziya xarakterli “World Masters” turnirində böyük uğura imza atan cüdoçularımız artıq Vətənə dönüblər. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə 4 medal qazanan milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşğu ilə qarşılayıblar.  

 

Qeyd edək ki, “World Masters” turnirində Orxan Səfərovla (60 kq), Elmar Qasımov (100 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə bürünc medala sahib olublar.

 

0