[b]Şəhriyar Məmmədyarov lideri məğlub etdi, Rauf Məmmədovdan heç-heçə - YENİLƏNİB[/b]
03.06.2016 - 21:48
[b]Şəhriyar Məmmədyarov lideri məğlub etdi, Rauf Məmmədovdan heç-heçə - YENİLƏNİB[/b]

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turnirində növbəti turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın VIII oyun günündə Azərbaycan şahmatçıları üçün uğurlu olub.

 

Belə ki, Şəhriyar Məmmədyarov turnirin reytinq-favoriti və lideri Fabiano Karuana ilə oyundan qalib ayrılıb.

 

Heç-heçələri sıralayan və riskə getməyi sevməyən Teymur Rəcəbov Pentala Harikrişna ilə görüşdə də ənənəsinə sadiq qalıb.

 

Eltac Səfərli də dünya çempionluğuna iddialı Sergey Karyakinə uduzmayıb. Digər təmsilçimiz Rauf Məmmədovun rəqibi isə autsayder Pavel Elyanov olub ki, bu qarşılaşma da sülhlə nəticələnib.

 

 

ShamkirChess 2016

3 iyun

VIII tur

 

Aniş Qiri (Hollandiya, 2790) - Hou Yifan (Çin, 2663) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2655) - Pavel Elyanov (Ukrayna, 2765) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan, 2726) - Pentala Harikrişna (Hindistan, 2763) - 0,5:0,5

Eltac Səfərli (Azərbaycan, 2664) - Sergey Karyakin (Rusiya, 2779) - 0,5:0,5

Fabiano Karuana (ABŞ, 2804) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - 0:1

 

Turnir cədvəli: Karuana, Qiri – 5,5 xal; Məmmədyarov – 5, Karyakin - 4.5;  Harikrişna – 4; Rəcəbov, Məmmədov - 3,5; Səfərli, Elyanov – 3; Yifan – 2,5.

 

0