[b]Useyn Boltun qızıl medalı əlindən alınacaq?[/b]
03.06.2016 - 20:55
[b]Useyn Boltun qızıl medalı əlindən alınacaq?[/b]

Məşhur yamaykalı atlet Useyn Bolt 2008-ci ildə Pekin Olimpiadasında qazandığı medallardan birini itirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə ingilis mətbuatı xəbər yayıb.

 

Bildirilib ki, həmin Olimpiadada 3 növdə qızıl medala layiq görülən Boltun 4x100 metr bayraqlı marafon yarışında qazandığı mükafat geri alına bilər. Buna səbəb rekordçu sprinterin komanda yoldaşı Nesta Karterin o vaxtı verdiyi dopinq testin yenidən yoxlanması və müsbət nəticə verməsidi.

 

Hələlik A nümunəsi açıqlanan testin B variantı da pozitiv çıxsa, Yamayka komandasının çempionluğu ləğv ediləcək. 

0