[b]Sevil Əliyeva oğlunun yeni vəzifəsindən DANIŞDI[/b]
07.06.2016 - 17:47
[b]Sevil Əliyeva oğlunun yeni vəzifəsindən DANIŞDI[/b]

Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) yeni təyinat rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Azər Əliyev qurumun yeni vitse-prezidenti təyin olunub.

 

A.Əliyev artıq işinin icrasına başlayıb.

 

Yeni vitse-prezident mərhum prezident Heydər Əliyevin qızı Sevil Əliyevanın oğludur.

 

S.Əliyeva oğlunun AAAF-ın vitse-prezidenti təyin edilməsi ilə bağlı xəbəri təsdiqləyib. O, virtualaz.org-a bu barədə aşağıdakıları söyləyib:

 

“Azər Əliyev Azərbaycana kömək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”.

 

Sevil Əliyeva, həmçinin bildirib ki, 30 yaşlı Azər Əliyev babasının – ümummilli lider Heydər Əliyevin evində yaşayır.

0