[b]Olimpiadaya qatılacaq Azərbaycanın ikinci komandasının heyəti açıqlandı[/b]
10.06.2016 - 12:32
[b]Olimpiadaya qatılacaq Azərbaycanın ikinci komandasının heyəti açıqlandı[/b]

42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandasının ilkin heyəti açıqlanıb. Yarışın Əməliyyat Komitəsinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, heyətə 6 şahmatçı - Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub.

 

Artıq onlar Bakıda təlim-məşq toplanışına da başlayıblar. Hazırlıq başa çatandan sonra olimpiadada ikinci komandanın şərəfini qoruyacaq beş şahmatçının adı məlum olacaq.

Paytaxtdakı ilk hazırlıq mərhələsi İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilir. 

Qeyd edək ki, Azərbaycan təşkilatçı ölkə kimi 42-ci Ümumdünya Şahmat Olimpiadasında 3 kişi və 3 qadın komandasıyla təmsil olunacaq. Kişi şahmatçılardan ibarət əsas milli mötəbər yarışa Qəbələdə hazırlaşır. 

0