[b]AÇ-2016: İtaliya və İspaniyadan qələbə, İsveç heç-heçə ilə başladı - YENİLƏNİB[/b]
14.06.2016 - 00:50
[b]AÇ-2016: İtaliya və İspaniyadan qələbə, İsveç heç-heçə ilə başladı - YENİLƏNİB[/b]

AÇ-2016-nın qrup mərhələsinin ilk turu çərçivəsində daha 3 qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, meydana ilk olaraq son çempion İspaniya millisi çıxıb.

 

D qrupunda yer alan “buğalar” Fransaya seçmə mərhələnin lideri kimi gəlmiş Çexiya ilə qarşılaşıblar. Visente del Boskenin yetirmələri çətin keçən oyundan minimalhesablı qalibiyətlə ayrılıblar. Cerard Pike 87-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb. 

 

E qrupunda isə iki görüş keçirilib. İlk olaraq İrlandiya İsveçlə oynayıb. Tərəflər hərəyə bir dəfə fərqlənməklə turnirə heç-heçə ilə start veriblər. 

 

Daha sonra isə meydana Belçika və İtaliya milliləri çıxıblar. Yüksək səviyyəli oyunçulardan qurulmuş heyəti ilə çempionluğa əsas namizədlərdən biri olan “qırmızı şeytanlar”ın nəsildəyişmə prosesi keçirən İtaliya ilə qarşılaşması gözlənildiyi kimi maraqlı mübarizə şəraitində keçib. Qarşılıqlı hücumlarla başlayan matçda hesabı 32-ci dəqiqədə açılıb. Emanuele Giaçerini təkbətəki boşa verməyib.

 

Qoldan sonrakı təxminən bir saatı hücumda keçirən Belçika millisinin bütün cəhdləri faydasız qalıb. Olduqca soyuqqanlı şəkildə müdafiə olunan İtaliya millisi və Buffon qapısının toxunulmazlığını qoruyub-saxlaya bilib. Əvəzində isə qarşılaşmanın son saniyələrində Pelle yekun nəticəni təyin edib - 2:0.

 

Avropa çempionatı

Qrup mərhələsi

13 iyun

 

 

E qrupu

 

Belçika - İtaliya - 0:2

Qollar: Emanuele Giaçerini, 32, Pelle, 90+3

 

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Karlos del Kerro Qrande (İspaniya)

Ehtiyat yan xətt hakimi: Xuan Yuste Ximenes (İspaniya)

Hakim-inspektor: Damyar Damkova (Çexiya)

UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)

Lion. Şəhər stadionu 

 

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyld, 3. Tomas Vermalen, 4. Raca Naynqolan (14. Drays Mertens, 61), 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Bruyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku (17. Divok Origi, 73), 10. Eden Azar, 23. Loren Çiman (11. Yanik Karasko,76)

Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Jan Fransua Jile, 15. Ceyson Denayer, 16. Tomas Munyer, 18. Kristian Kabasele, 19. Musa Dembele, 20. Kristian Benteke, 21. Cordan Lukaku, 22. Miki Batşuay

 

İtaliya: 1. Canluici Buffon, 3. Corcio Kyellini, 4. Matteo Darmian (2. Matteo de Şilio, 58), 6. Antonio Kandreva, 9. Qraziano Pelle, 15. Andrea Barzali, 16. Daniele de Rossi (10. Tyaqo Motta, 78), 17. Eder (11. Çiro İmmobile, 75), 18. Marko Parolo, 19. Leonordo Bonuççi, 23. Emanuele Giaçerini

Ehtiyat oyunçular: 12. Salvatore Siriqu, 13. Federiko Marketti, 5. Angelo Oqbonna, 7. Simone Zaza, 8. Alesandro Florenzi, 14. Stefano Sturaro, 20. Lorenzo İnsinye, 21. Federiko Bernardeşi, 22. Stefan al Şaravi

 

 

 

İrlandiya - İsveç - 1:1

Qollar: Ues Hulahan, 47 - Klark, 70 (öz qapısına)

 

Baş hakim: Milorad Maziç

Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curcyeviç

Əlavə köməkçi hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)

Dördüncü hakim: Matey Yuq (Sloveniya)

Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya)

Hakim-inspektor: Mark Batta (Fransa)

UEFA nümayəndəsi: Yanis Mezeçkis (Latviya)

Sen-Deni. “Stad de Frans”

 

İrlandiya: 23. Darren Randolf, 2. Simus Kolman, 3. Siaran Klark, 4. Con Oşi, 6. Qlen Velan, 8. Ceyms Makkarti (7. Eydin Makgedi, 85), 9. Şeyn Lonq, 13. Ceff Hendrik, 14. Con Volters (11. Ceyms Makklin, 64), 19. Robi Bradi, 20. Ues Hulahan (10. Robbi Kin, 78)

Ehtiyat oyunçular: 1. Keyrn Vestvud, 16. Şey Givn, 5. Riçard Kiqo, 12. Şeyn Daffi, 15. Sirius Kristi, 17. Stefan Uard, 18. Devid Meyler, 21. Deyril Mörfi, 22. Stefen Quin

 

İsveç: 1. Andreas İsaakson, 2. Mikael Lüstiq (3. Erik Yohansson, 45), 4. Anderas Qranqvist, 5. Martin Ollson, 6. Emil Forsberq, 7. Sebastian Larrson, 9. Kim Kellstrom, 10. Zlatan İbrahimoviç, 11. Markus Berq (20. Con Quidetti, 59), 14. Viktor Lindölf, 18. Oskar Leviçki ( 8. Albin Ekdal, 86)

Ehtiyat oyunçular: 12. Robin Ollsen, 23. Patrik Garglen, 13. Pontus Yansson, 15. Oskar Hilyemark, 16. Pontus Vernblum, 17. Lüdviq Avqustinson, 19. Emir Kuyoviç, 21. Cimmi Durmaz, 22. Erkan Zengin

 

 

Komanda

O

Q

H

M

T/F

X

İtaliya

1

1

0

0

2:0

3

İsveç

1

0

1

0

1:1

1

İrlandiya

1

0

1

0

1:1

1

Belçika

1

0

0

1

0:2

 0

 
 

D qrupu

 

İspaniya - Çexiya - 1:0

Qol: Xerard Pike, 87

Baş hakim: Şimon Marçinyak

Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkeviç

Əlavə köməkçi hakimlər: Pavel Razkovski, Tomaş Musial (hamısı Polşa)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Ehtiyat yan xətt hakimi: Vitali Malutsin (Belarus)

Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)

UEFA nümayəndəsi: Ales Zavrl (Sloveniya)

Tuluza. Şəhər stadionu

İspaniya: 13. David de Xea, 15. Serxio Ramos (k), 3. Xerard Pike, 16. Xuanfran, 18. Xordi Alba, 5. Serxio Buskets, 6. Andres İnyesta, 10. Sesk Fabreqas (14. Tiaqo Alkantara, 70), 21. David Silva, 22. Nolito (11. Pedro Rodriges, 82), 7. Alvaro Morata (20. Aritz Aduriz, 62)

Ehtiyat oyunçular: 1. İker Kasilyas, 23. Serxio Riko, 2. Sezar Azpilikueta, 4. Mark Bartra, 8. Koke, 9. Lukas Vaskes, 12. Ektor Bellerin, 17. Mikel San Xose, 19. Bruno Soriano

Baş məşqçi: Visente del Boske

Çexiya: 1. Petr Çex, 5. Roman Hubnik, 6. Tomas Sivok, 2. Pavel Kaderabek, 8. David Limberski, 22. Vladimir Darida, 13. Yaroslav Plaşil, 4. Teodor Gebre Selassie (18. Josef Sural, 86), 19. Ladislav Kreyçi, 10. Tomaş Rositski (k) (15. David Pavelka, 88), 7. Tomaş Netsid (21. David Lafata, 75)

Ehtiyat oyunçular: 16. Tomaş Vaçlik, 23. Tomaş Kubek, 3. Mixal Kadleç, 9. Borek Dokal, 11. Daniel Pudil, 12. Milan Şkoda, 14. Daniel Kolar, 20. Yiri Skalak

Baş məşqçi: Pavel Vrba

 

 

Komanda

O

Q

H

M

T/F

X

Xorvatiya

1

1

0

0

1:0

3

İspaniya

1

1

0

0

1:0

3

Çexiya

1

0

0

1

0:1

0

Türkiyə

1

0

0

1

0:1

0

 

0