[b]Valentin Xristovun medalı Kolumbiya idmançısına verildi[/b]
13.06.2016 - 09:21
[b]Valentin Xristovun medalı Kolumbiya idmançısına verildi[/b]

Dopinqdə “ilişən” Azərbaycan millisinin ağırlıqqaldıranı Valentin Xristovun dünya çempionatında qazandığı bürünc medalı təhvil verəcəyi idmançının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ABŞ-ın Hyuston şəhərində keçirilən mundialda 62 kq çəki dərəcəsində 3-cü olan təmsilçimizin mükafatı kolumbiyalı Antonio Valensiaya göndəriləcək.

 

Bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası verib. Bildirilir ki, Azərbaycan millisinin üzvündən dopinq tapıldığından dünya çempionatında 4-cü olan ağırlıqqaldıran 3-cü pilləyə yüksəlir.

 

O, ABŞ-da Xristovdan 2 kq az (315 kq: 140+175) qaldırmışdı. Valensianın bürünc medala yiyələnməsində isə öz çəkisi də rol oynayıb. Çünki o, həmyerlisi Albeyro Mosquera ilə eyni çəkini ram etsə də, komanda yoldaşında cəmi 37 qram yüngüldü.

 

Qeyd edək ki, Xristovla yanaşı, yığmamızın daha 5 atleti dopinqə görə cəzalanıb.

 

0