[b]Azərbaycan yığmasından imtina edən azərbaycanlı Türkiyə çempionu oldu[/b] - FOTO
13.06.2016 - 16:44
[b]Azərbaycan yığmasından imtina edən azərbaycanlı Türkiyə çempionu oldu[/b] - FOTO

Azərbaycanlı atlet Ramil Quliyev Türkiyədə növbəti uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdən imtina edərək, “ay-ulduzlu” komandanı seçən həmyerlimiz çempion adına yiyələnib.

 

O, Türkiyə çempionatında 200 m məsafədə bütün rəqiblərini qabaqlayıb. Quliyev finiş xəttinə 20,44 saniyəyə çatıb. Bu birincilik Ramilə Beynəlxalq Atletika Federasiyasının siyahısında 1152 xal qazandırmaqla yanaşı, 3000 türk lirəsi də qazandırıb.

 

Qeyd edək ki, Quliyevin göstəricisi Türkiyə millisində ən yüksək nəticə olub. 

0