[b]“Ronaldo AÇ-də 10 qola vura bilər”[/b]
14.06.2016 - 15:15
[b]“Ronaldo AÇ-də 10 qola vura bilər”[/b]

İtaliya yığmasının AÇ-2016-ya qatıldığı heyətdən kənarda qalan Mario Balotelli maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Supermario” Madrid “Real”ının və Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldonun heyranı olduğunu bildirib.

 

Ronaldonun Avropa çempionatının bombardiri olacağını düşünən Balotelli, bununla belə, Portuqaliya yığmasındakı yükün Kriştianuya ağır gələcəyini qeyd edib: “Ronaldonun heyranıyam. Amma Portuqaliya millisində bütün bacarığını göstərməkdə çətinlik çəkir. Əgər baş məşqçiləri onun meydandakı sərbəstliyini təmin edə bilsə, Kriştianu turnirdə 10 qol vura bilər”.

 

Qeyd edək ki, Portuqaliya yığması AÇ-2016-dakı ilk görüşünü bu gün İslandiyaya qarşı keçirəcək.  

 

0