[b]Ümid falçıya qaldı: Aslan Türkiyə, Samir Çexiya dedi[/b]
14.06.2016 - 15:32
[b]Ümid falçıya qaldı: Aslan Türkiyə, Samir Çexiya dedi[/b]

Türkiyənın Kocaeli şəhəri AÇ-2016 ilə bağlı atılan qeyri-adi addımla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, qonşu ölkə təmsilçisinin Fransadakı çıxışının nəticələrini bu dəfə heyvanlar “müəyyənləşdirib”.

 

Belə ki, Darıca rayonunun zooparkında kərgədan, aslan və yaquar Türkiyə millisinin İspaniya və Çexiya ilə qrup oyunlarına proqnoz verib. Həmçinin, heyvanlar komandada hansı futbolçunun bombardir olacağını da təxmin ediblər.

 

Şerlok adlı aslan iyunun 17-də keçiriləcək İspaniya – Türkiyə oyununun qalibini müəyyənləşdirilməsi üçün qəfəsə salınıb. Önündə 2 qutu olan yırtıcı “ay-ulduzlu” komandanı “seçib”. Qonşu ölkənin Samir adlı ilk kərgədanı isə Türkiyənin qrupdakı Çexiya ilə son matçına “proqnoz” çıxarıb. O, iyunun 21-də baş tutacaq qarşılaşmada çexlərin qələbəsi qeyd olunan qutunu seçib.

 

Juliet adlı yaquar isə türklərin qitə birinciliyində ən çox qol vuracaq futbolçusunun adları olduğu qəfəsə buraxılıb. O, Burak Yılmaz, Arda Turan və Cenk Tosun “trio”sundan sonuncuya üstünlük verib.

 

Zooparkın rəhbərliyi bu təxminlərin nə dərəcədə özünü doğruldub-doğrultmayacağını maraqla gözləyir.  

 

Qeyd edək ki, Türkiyə yığması ilk matçında Xorvatiyaya 0:1 hesabı ilə uduzub. 

0