[b]AÇ-2016: O, nə qədər qoca olsa da... - FOTO[/b]
14.06.2016 - 19:53
[b]AÇ-2016: O, nə qədər qoca olsa da... - FOTO[/b]

Avropa çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq Avstriya – Macarıstan görüşündə meydana start heyətində çıxacaq ikincilərin veteran qapıçısı Qabor Kirali rekorda imza atacaq. Apasport.az saytının məlumatına görə, təcrübəli “çərçivə qoruyucusu” qitə birinciliyinin final mərhələsində forma geyinəcək ən yaşlı oyunçu olacaq.

 

O, hazırda 40 yaş 74 günlüyündədi.

 

Macar futbolçudan əvvəlki rekord isə Lotar Matteusa aid idi. Almaniya futbolunun əfsanəsi bu turnirdə ən son 39 yaş 91 günlüyündə forma geyinib.

0